This repository contains a scripts for converting Azerbaijani text from old format into new one. Long time ago (~1999) it was no Azerbaijani keyboard layout for PC. Hence, programmers changed drivers for MS-DOS, and later they created a fonts based on Russian keyboard layout. It was long time back, however we still have many documents, and e-books written with those fonts. The scripts in this repository is to help people for converting them into standard compliant Azerbaijani encoding.
Köhnə şriftlərlə yazılmış mətnləri Unicode standartı ilə yazılmış şriftlərə çevirən scriptlər toplusu.
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il 506 №-li fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 28 iyul 2001-ci il 141s №-li sərəncamı ilə Milli Elmlər Akademiyası və Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin birgə təklifi ilə razılaşaraq kompüterlərdə istifadə edilən latın qrafikalı Azərbaycan əlifbası kodlarının və klaviaturada hərflərin düzümünün vahid cədvəlləri standart cədvəllər kimi təsdiq edilmişdir. (http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=4428&doctype=0)
Lakin, bu sərəncamın üzərindən uzun zaman keçməsinə baxmayaraq, bir çox təşkilatlarda (istər özəl, istər dövlət) bu şriftlərlə yazılmış çoxlu köhnə sənədlər, verilən bazaları, kitablar vardır. Bu resurslarla işləyən zaman məlumatların emal olunması məsələsi həmin şriftlər səbəbindən müəyyən çətinliklər yaradır və vaxt itkisinə səbəb olur.
Bu problemin həllinə kömək məqsədi ilə burada skriptləri açıq-kodlar şəklində sizə təqdim edirik.
Layihə hər kəs üçün açıqdır və pulsuzdur. Skriptlərdən istifadə üçün heç bir icazə və s. tələb olunmur.
Hər hansı bir təklifiniz, əlavəniz olarsa yeni issue
və ya pull-request
yarada bilərsiniz.